İsrailin müdafiə naziri adı açıqlanmayan ölkəyə 4 günlük səfərə gedib

24 Oktyabr 2021 21:20 (UTC+04:00)

İsrailin müdafiə naziri Beni Gantz bazar günü adı açıqlanmayan bir ölkəyə 4 günlük rəsmi səfərə gedib.

Aznews.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, qarşıdakı səfərdə təhlükəsizlik məsələləri müzakirə olunacaq: “Nazirin səfər edəcəyi ölkənin adı yalnız qayıtdıqdan sonra açıqlanacaq".

Beni Gantzın oktyabrın 28-də günortadan sonra səfərdən qayıdacağı bildirilir.