Azərbaycanlı gənclə erməni qızın sevgisi yeni serialda

25 İyun 2013 09:19 (UTC+04:00)
"Ay Yapım" Türkiyənin Kanal D telekanalında Azərbaycanlı gənclə erməni qızın sevgisindən bəhs edəcək yeni serialın çəkilişinə hazırlaşır. Belə bir iddia ilə "Axşam" qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, serialda baş rolları Məryəm Uzerli və Kıvanç Tatlıtuğ oynayacaq.

İddiaya görə, "Ay Yapım" iki ulduzu bir serialda ekranlara gətirmk üçün artıq işə başlayıb. Serialın şəkilişinin gələn ilin fevralında başlayacağı bildirilir.

Əgər layihə həqiqətə çevrilərsə 2014-cü ildə ekranlara çıxacaq.

Elnarə
AzNews.az