Hafiz Hacıyevin son vəziyyəti açıqlandı

25 Oktyabr 2021 13:38 (UTC+04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

Musavat.com xəbər verir ki, bunu Hafiz Hacıyevin oğlu deyib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”. (APA)