Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

26 Oktyabr 2021 14:44 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Liderlər Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumunu müzakirə edib, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımları nəzərdən keçiriblər.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük rəsmi səfərə gəlib. Onu Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Liderlər Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.