Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.
Həkim qaba toxum, qara çörək məsələsinə münasibət bildirirək deyib ki, fərqi yoxdur, onlar da buğdadan hazırlanıb. Elə bilin filtrli və ya filtrsiz siqaret.
Hazırda dünya iqtisadiyyatında dədə-babalarımızın becərdiyi natural buğdaya dönmək gözlənilmir. Əksinə bir neçə illərdən sonra genetic dəyişikliyə uğramış daha yeni buğda sortları çıxacaq.
Buğdanı "xroniki zəhər" adlandıran doktor hətta özü kulinar kitab hazırlayaraq, 150 növ buğdasız resept təqdim edib ki, insanlar buğdasız qidalanmağa alışsın.
O, "Buğda qarnı" kitabında isə xəstəliklərin kökünün qarından, yəni bağırsaqlardan qaynaqlandığını, bağırsaqların isə müasir buğda ilə zəhərləndiyini sübut edib./medicina.az