11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb

29 Oktyabr 2021 19:30 (UTC+04:00)

İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Aznews.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəblini 31 həftəlik hamiləlik diaqnozu qoyulub.

Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.