Bu rayonlarda qaz olmayacaq – SİYAHI

25 İyun 2013 10:18 (UTC+04:00)
Bu gün Abşeron, Xəzər, Qaradağ, Xətai, Sabunçu, Şəki, Ağsu, Lənkəran, Xaçmaz və Ağstafa rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 19:00-dək "Ağsu" Qazpaylayıcı Stansiyasından qidalanan "Kürdəmir" ölçü qovşağı, saat 20:00-dək "Duvannı" Qazpaylayıcı Stansiyası, "Qobustan" Qaztənzimləyici Məntəqəsi, "Şıxlar", "Bağlar", "DSU-2", "2 saylı tikinti-quraşdırma" ölçü qovşaqları, saat 17:00-dək "Yeni Binə", "Qala" Qazpaylayıcı stansiyaları, "Xaçmaz" Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan Xaçmaz rayonunu təbii qazla təmin edən orta təzyiqli qaz kəməri, "Keşlə" Qazpaylayıcı Stansiyasından qidalanan "Xətai" orta təzyiqli qaz kəmərindən ayrılan 426 mm-lik orta təzyiqli qaz kəməri, saat 18:00-dək "Ağstafa" Avtomatik Qazpaylayıcı Stansiyası, "Şimal DRES" Qazpaylayıcı Stansiyasında "Sahil" ölçü qovşağından qidalanan "Şüvəlan" orta təzyiqli qaz kəməri, "Pirəküşkül" Qazpaylayıcı Stansiyasında kollektorun çıxışında Müşfiqabad qəsəbəsinə gedən qaz kəməri, saat 19:00-dək "Nardaran" Qazpaylayıcı Stansiyasında "Nardaran QPS" ölçü qovşağından qidalanan əhali kollektoru, saat 18:00-dək "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəməri, saat 19:00-dək isə "Xarxatan" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Şəki, Xaçmaz, Ağstafa rayonlarına, Lənkəran şəhərinə, Xəzər rayonunun Qala, Binə, Şüvəlan, Mərdəkan qəsəbələrinə, Sabunçu rayonunun Nardaran kəndinə, Xətai rayonunun UPD, NZS adlanan yaşayış məntəqələrinə, Abşeron rayonunun Müşfiqabad qəsəbəsinə, Qaradağ və Ağsu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az