Yaşlı qadın pilləkəndən yıxılaraq öldü- Bakıda

25 İyun 2013 10:38 (UTC+04:00)
Bakının Suraxanı rayonunda 72 yaşlı qadın pilləkəndən yıxılıb.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Əmircan qəsəbəsi Cavid Əliyev ev-21 ünvanında baş verib.

Pilləkəndan yıxılan 1941-ci il təvəllüdlü Həqiqət Əli qızı Əbdürrəhmanova ağır xəsarət alıb. Həkim çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az