"Qarabağ" "Kayrat"la oyunu izləmək istəyən azarkeşlərə müraciət edib

2 Noyabr 2021 10:29 (UTC+04:00)

Azərbaycan təmsilçisi öz fanatları üçün 26 - 28-ci sektorların ayrıldığını açıqlayıb.

Ağdam klubu tərəfdarlarından, bilet alarkən bunu nəzərə almalarını xahiş edib. Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.