İsrail səfiri Gəncəyə səfər edib

2 Noyabr 2021 10:44 (UTC+04:00)

Diplomat ilk olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Daha sonra qonaqlar Ermənistanın Gəncədə törətdiyi terror hadisələrinin baş verdiyi əraziyə baş çəkəcək, qurbanların xatirəsini yad edəcəklər.

Qeyd edək ki, C.Dik səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində də olacaq.