İranın yeni prezidentindən Sərksiyana məktub

25 İyun 2013 11:11 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani seçkidəki qələbəsi münasibətilə onu təbrik edən Rusiya prezidenti Vladimir Putinə və Ermənistan prezidenti Serj Sərkisyana cavab məktubu göndərib.

Cavab məktubunda H. Ruhani hər iki ölkə ilə əlaqələrinin möhkəmləndirilməsinə tərəfdar olduğunu vurğulayıb.

Yeni prezident "Mənim hökumətim dünya xalqlarına dostluq və sülh carçısı olacaq" deyə bildirdiyi məktubda dünya ölkələri ilə sülh və anlaşma yolu ilə əməkdaşlığa tərəfdar olduğunu qeyd edib.

Eyni zamanda qarşılıqlı ehtiram və etimad prinsipi əsasında Ermənistanla əlaqələrimizi genişləndirəcəyini deyən prezident bunu hər iki ölkə üçün mühüm olduğunu vurğulayıb.

Elnarə
AzNews.az