“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır”

4 Noyabr 2021 10:27 (UTC+04:00)

“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

"Biz əsasən "SinoVac" və "Pfizer" vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür", - dövlət başçısı bildirib. (Report)