Azərbaycana “işləyən” ermənistanlı casuslar tutuldu

25 İyun 2013 11:49 (UTC+04:00)
Ermənistanın milli təhlükəsizlik orqanlarının əməkdaşları
N saylı hərbi hissənin hərbi qulluqçusu, Qafan şəhər sakini, Mane Artaşesovna Movsisyan adlı qadını həbs edib.

Məlumata görə, ərdə olmayan qadın 2012-ci ildə orduda xidmətə gəlməmişdən əvvəl Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. Həmin şəxsin Türkiyədə fəaliyyət göstərdiyi bildirilir.

"Одноклассники" və "Facebook"da həmin şəxsin S Dr, Seryan Dervisyan, Tiqran Dervisyan adı ilə qeydiyyatdan keçdiyi bildirilir.

İki şəxsin yazışması Movsisyan orduda xidmətə başladıqdan sonra da davam edib.

Xüsusi xidmət orqanlarını məlumatına görə, qadın ona məlum olan xəbərləri Azərbaycan xüsusi xidmət orqanlarına ötürüb. Bu məlumatların hərbi xarakter daşıdığı, hərbi və dövləti sirr olduğu bildirilir.

Bundan başqa Ermənistan tərəfi daha 2 nəfərin həbs edildiyini bildirilir ki, onlardan biri qondarma DQR ordusunda xidmət edir. Onlar da internet vasitəsilə Azərbaycan xüsusi xidmət orqanları əməkdaşları ilə əlaqə saxlamaqda ittiham ediliblər. Hər iki şəxslə bağlı da araşdırma aparılır.

Elnarə
AzNews.az