Silahlı Qüvvələrin 95 illiyinə həsr olunmuş marka çap edildi

25 İyun 2013 12:41 (UTC+04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti iyunun 26-dan etibarən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" suvenir poçt blokunu dövriyyəyə buraxacaq.

Blok üzərində Azərbaycan Ordusunun sərəncamında olan müxtəlif silah növləri əks olunub. Blokun tirajı 20 min, nominal dəyəri isə 1 manat təşkil edir.

Qeyd edək ki, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür. 1918-ci ilin bu tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.//"APA-Economics"//

AzNews.az