Tombak kitabında sadə, lakin təsirli təbii müalicə yollarını və xüsusilə də otların istifadəsi ilə evdə asanlıqla edilə bilən müalicə üsullarını tövsiyə edir. O, qərb təbabətinin tövsiyələri ilə yanaşı tamamlayıcı müalicə olaraq bəzi ağır xəstəliklər üçün alternativ müalicələr də təklif edir.
Bu kitabda Tombakın 151 xəstəlik üçün tövsiyə etdiyi təbii-bitki mənşəli vasitələrdən bəhs edilir.
Müəllifdən bəzi tövsiyələr:
Uzun ömrün sirri az və düzgün nəfəs almaqdır.
Hər gün ardıcıl olaraq isti və soyuq duş qəbul edin. Qan dövranınız yaxşılaşacaq, immunitetiniz güclənəcək.
Bədəninizin zahir təmizliyi ilə yanaşı daxili təmizliyinə də diqqət edin. Yoğun bağırsaq və qaraciyərinizi təmizləsəniz cavanlaşarsınız.
Ərinmiş buzun suyu hüceyrələrimizdəki su ilə eynidir. Bu suyu için.
Boğazınız ağrımağa başlayanda bir dilim limonu yeyin, bakteriya yox olar.
İki qaşıq duru yağı yarım saat ağzınızda saxlasanız, qanınızın yarısını təmizləmiş olarsınız. /aztibb.az