Qadın evinin nökəri olmalıdır

9 Noyabr 2021 21:29 (UTC+04:00)

“Qadın evinin nökəri olmalıdır”.

Aznews.az xəbər verir ki, bu sözləri müğənni Nazənin “Zaurla Günaydın” verilişində qonaq olarkən deyib.

O, evdə qadının mətbəxə girməsindən danışıb:

“Hər xanım evinin xidmətçisi də olmalıdır. Mətbəxinə girməyən xanım mənə çatmır. Müğənnilərin çoxu gözəl yemək edir. Nəsə edəndə, deyirlər, özün bişirmisən, yoxsa bişitdirmisən? Mənə bu söz təsir edir”.