"Elə bil yer üzündə tənha qalmışam" - Səyyad Əlizadənin oğlu

9 Noyabr 2021 23:59 (UTC+04:00)

Oğlu Atabəy mərhum müğənni Səyyad Əlizadə ilə bağlı sosial şəbəkədə paylaşımlar edib.

Aznews.az xəbər verir ki, atasının şəkillərini yayımlayan Atabəy onun üçün darıxdığını vurğulayıb.

"Elə bil yer üzündə tənha qalmışam. Sənsizlik necə ağırmış demə, sənsizlik hökm eyləyir ömrümə. Tez itirdik səni, ata. Həsrətini çəkdik. Kim bilərdi ki, mənim taleyim atamın taleyi ilə eyni olar" deyə, Atabəy paylaşımında yazıb.

Qeyd edək ki, S.Əlizadə koronavirus infeksiyasına yoluxub və yerləşdirildiyi xəstəxanada vəfat edib.