Azərbaycan və Lüksemburq yığmalarının start heyətləri açıqlanıb

11 Noyabr 2021 19:42 (UTC+04:00)

Bakıda 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Azərbaycan və Lüksemburq milli komandalarının start heyətəri açıqlanıb.

Aznews.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

Baş məşqçi: Canni De Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 11. İvandro Borges, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans

Baş məşqçi: Lük Holts

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.