Azərbaycanda Qarabağ atlarının satışına başlanılacaq

12 Noyabr 2021 11:38 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin bu gün Qobustanda istifadəyə verdiyi müasir heyvandarlıq kompleksində Qarabağ atlarının satışına başlanılacaq.

AzNews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında nazirliyə məxsus “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.

“Bunun üçün “Qarabağ Atçılıq Zavodu” MMC ilə müqavilə bağlanılacaq və cins Dilboz atlarının satışı həyata keçiriləcək”, - deyə o qeyd edib.