Ceyhun Bayramov Topçubaşovun nəvəsinin məzarını ziyarət edib - FOTO

13 Noyabr 2021 20:15 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin məzarını ziyarət edib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”, - C. Bayramov qeyd edib.