Çavuşoğlu İran Prezidenti ilə görüşüb

15 Noyabr 2021 22:34 (UTC+04:00)

İran prezidenti İbrahim Rəisi 15 noyabr Tehranda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

AzNews.az xəbər verir ki, tərəflər bölgədəki son hadisələri, o cümlədən ticarət, investisiyalar və terrorla mübarizəni müzakirə ediblər.

İ. Rəisi İran və Türkiyə əməkdaşlığının mövcud səviyyədən çoxistiqamətli iş birliyinə keçməsinin lazım olduğunu bildirib.

İran və Türkiyə arasında yaxın əlaqələrin bölgədəki sülhə xidmət edəcəyini söyləyən İran prezidenti,
Tehranın Ankara ilə əlaqələrinin yüksəltməyə hazır olduğunu deyib.

O eyni zamanda İranın Türkiyə və Azərbaycanla qonşuluqdan başqa dərin inanc və mədəni bağlara malik olduğunu söyləyib.

Çavuşoğlu da Tehranla əməkdaşlığı mümkün qədər artırmaqda qərarlı olduqlarını vurğulayıb.

Şəbnəm Zahir