İlhamə Quliyevadan facebook yeniliyi

25 İyun 2013 14:58 (UTC+04:00)
Bundan sonra Xalq artisti İlhamə Quliyeva sualları facebook vasitəsilə cavablandıracaq.

Ancaq maraqlıdır ki, İlhamə xanımın özünün facebook səhifəsi yoxdur. Müğənninin mətbuat katibi Faiq Ələkbərli AzNews.az-a bildirib ki, İlhamə xanıma onun profili vasitəsilə sual vermək və cavab almaq imkanı olacaq:

"Xalq artisti İlhamə Quliyevanın Facebook sosial şəbəkəsində profili yoxdur. Buna görə də İ.Quliyevaya ünvanlanan hər bir suala öz profilimdə cavab verməyə hazırıq".

Bahar Rüstəmli
AzNews.az