Azərbaycanda daha 2 025 nəfər koronavirusa yoluxub

17 Noyabr 2021 17:13 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 2 267 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.