Ceyms Cefri: “Türkiyəsiz Suriyada həll yolu ola bilməz”

18 Noyabr 2021 14:21 (UTC+04:00)

“İran Türkiyə, İsrail, Suriya və digər ölkələr üçün təhlükədir”

AzNews.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə keçmiş nümayəndəsi Ceyms Cefri “CNN Türk”ə müsahibəsi zamanı deyib.

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çox yaxşı münasibət olduğunu vurğulayan C.Cefri onların son görüşdə Suriya məsələsi ilə bağlı ümumi yol xəritəsi müəyyənləşdirdiklərini bildirib.

Ceyms Cefri ABŞ ordusunun Suriyada olmasının İranı əhatə edən ölkələr üçün önəmli olduğunu deyib: “ABŞ Suriyada qoşun saxlamalıdır. Bu, İranı əhatə edən ölkələr üçün çox vacibdir. İran Türkiyə, İordaniya, İsrail, Suriya və digər ölkələr üçün təhlükədir”.

Onun sözlərinə görə, İran Suriyadan yeni Livan yaratmağa çalışır.

“Ona görə də bu siyasəti həyata keçirməyimiz çox vacibdir. Biz Rusiyaya, İrana və Əsəd rejiminə beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyənin ədalətli tələblərini yerinə yetirmək üçün təzyiq etməliyik",- deyə keçmiş nümayəndə qeyd edib.

Şəbnəm Zahir