Maşın karvanına hücum: 5 əsgər öldürüldü

25 İyun 2013 18:16 (UTC+04:00)
Hindistanın Srinaqar şəhərində ordu qüvvələrinin maşın karvanı, bir qrup naməlum şəxsin hücumuna məruz qalıb. Hücum zamanı 5 əsgər öldürülüb, 7 nəfər isə yaralanıb.

Hücum edən şəxslər avtomat markalı silahlarla əsgərlərə atəş açıblar. Hücumdan dərhal sonra hökumət qüvvələri bölgədə irimiqyaslı əməliyyatlara başlayıb. Hadisəyə görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hücumların ölkənin baş naziri Manmohan Sinqhin şəhərə səfəri öncəsində həyata keçirilməsi isə, hökumətə müxalif qüvvələrin bu işdə əli olması ehtimallarını ortaya çıxarır.

AzNews.az