Polşa Belarusa ultimatum verib

18 Noyabr 2021 22:17 (UTC+04:00)

Polşa miqrasiya böhranı ilə əlaqədar Belarusa ultimatum verib.

Aznews.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski Sərhəd Mühafizəsinin baş komendantına göstəriş verib ki, Kuznitsa sərhəd-keçid məntəqəsinin yaxınlığında vəziyyəti sabitləşdirmək barədə Belarusun Dövlət Sərhəd Komitəsinin sədri general Anatoli Lappoya yazılı müraciət etsin.