1,7 milyon dollara maşın aldı - FOTO

25 İyun 2013 18:31 (UTC+04:00)
Flo.Rida kimi tanınan dünyaca məşhur reper yeni avtomobil alıb.

O, qızılla örtülmüş Bugatti Veyron üçün 1,7 milyon dollar ödəyib.

Əsl ad və soyadı Tramar Leysel Dillard olan 33 yaşlı reper ötən ilin ortalarında vergiləri vaxtında ödəmədiyi üçün 1 milyon dollar məbləğində cərimələnmiş, Mayamidəki malikanəsi də müsadirə olunmuşdu.

Flo.Rida 2011-ci ildə aldığı "Bugatti"ni dəyişib və indi təkər diskləri də 24 karatlıq qızılla örtülmüş yeni avtomobillə özünü sevindirmək qərarına gəlib.

AzNews.az