Bu barədə hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.
“Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır! Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə!”,- o qeyd edib.
Ekspert AzVision.az-a bildirib ki, yaxın saatlarda bu haqda məlumatlar yayılacaq.
Bu barədə danışıqların getməsi bəlli idi, ancaq hansı qərarlar qəbul olunub və təfərrüatları nədən ibarətdir - hələ məlum deyil.
Onu da bildirək ki, sosial şəbəkələrdə bu barədə çoxlu rəylər, şərhlər yayılıb və yayılmaqdadır.