Çavuşoğlu və Lavrov arasında telefon danışığı olub

19 Noyabr 2021 19:15 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon söhbətində nazirlər ikitərəfli əlaqələr və bəzi regional mövzularla bağlı müzakirə aparıblar.