Nizami Gəncəvi əsərlərində kimya elmi

20 Noyabr 2021 21:13 (UTC+04:00)

2021-ci ildə dahi şair mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Azərbaycanın görkəmli ədəbi simaları haqqında düşünərkən pak zirvədə dayanan humanist şair mütəşəkkil və filosof Nizami yada düşür. Şairin ölməz poemaları - “Sirlər xəzinəsi”, ”Xosrov və Şirin”, ”Leyla və Məcnun”, ”Yeddi gözəl” və “İsgəndərnamə”- böyük sənətkarlıqla yazılmasına, dərin fəlsəfi mənasına, nəcib bəşəri hisslər ifadə etməsinə, habelə yüksək bəlli keyfiyyətinə görə dərin sənət xəzinəsidir. Yazıldığı tarixdən 8 əsr keçməsinə baxmayaraq həmin poemalar bu gün də öz təsir gücünü, poetik təravətini, tərbiyəvi dəyərini itirmir.

Məlumdur ki, Nizaminin yaşadığı 12-ci əsr bəzi Yaxın və Orta Şərq ölkələrində olduğu kimi Azərbaycanda da elm və mədəniyyətin gur inkişafı ilə xarakterizə olunur. O zaman Azərbaycan Şərqdə iqtisadi cəhətdən qüdrətli ölkələrdən biri hesab olunurdu.Burada boyaqçılıq, dulusçuluq, metal emalı, tətbiqi sənət sahələrinin ha belə xalq sənətkarlığının inkişafı, kimyəvi biliklərində geniş yayılmasına əlverişli zəmin yaratmışdı .Digər tərəfdən Azərbaycanın qiymətli təbii sərvətlərə malik olması, burada qədim zamanlardan etibarən metal emalının inkişafına müsbət təsir göstərirdi.
Xalqımızın fəxri olan Nizami təkcə şair olaraq qalmamış, dövrünün geniş dünyagörüşlü insanı, ensiklopedik bilikli, dərin zəkalı bir şəxsiyyəti və mahir filosofu kimi də tanınmışdır. Nizami bədii yaradıcılıqla yanaşı təbabət, kimya, astronomiya, riyaziyyat və başqa elmlərlə də yaxından maraqlanmış, bu sahədə qazandığı zəngin bilikləri yeri gəldikdə öz əsərlərində bacarıqla istifadə etmişdir.Təsadüfi deyil ki, Nizaminin yaradıcılığında təkcə ədəbiyyatşünaslar, filosoflar, tarixçilər üçün deyil, təbiət elmləri mütəxəssisləri o cümlədən, kimyaçılar üçün də zəngin tükənməz tədqiqat mənbəyidir. Nizami poeziyasında ən çox xatırlanan və bənzətmə üçün istifadə edilən materiallardan biri qızıldır.Nizaminin “Xəmsəsi” ilə yaxından tanışlıq göstərir ki, şair qarışıqdan saf qızılın alınması barədə məlumata malik imiş.Bunun “Şərəfnamə” də verilmiş beytdə görmək olar.

Kimyagərdir bu kürəsi yanar,
Dəmiri ataraq saf qızıl olar.
Alovdan qızıldan qurmuş bir iksir,
Öz ətəklərinə saf qızıl səpir.
Saf mədən qızılı, civə gümüşü,
Mehtabı işıqdan salır görüşü.
Bu bir faktdır ki, 12-ci əsrə qədər insanlara 10 kimyəvi element: qızıl, gümüş, civə, qalay, qurğuşun, mis, sink, kükürd, karbon, dəmir məlum idi.Bunlardan 8-i metal 2-si isə (kükürd və karbon) qeyri-metaldır.O dövrün metallurgiyası da məhz həmin elementlərin əsasında yaranmış və inkişaf etməyə başlamışdır.Nizami öz dövründə məlum olan kimyəvi elementlərin birləşmələri, onların mühüm xassələri, alınma üsulları və tətbiqi haqqında ətraflı məlumat vermiş, poemalarındakı əhvalat və hadisələrin poetik şərhində bədii vasitə kimi onlardan ustalıqla istifadə etmişdir.
Doğurdan da, qədim zamanlardan bəri ilkin materiallardan hesab edilən, cəmiyyətin tarixi inkişafında rol oynayan: mis, qızıl və gümüş müəyən mənada bir-birindən ayrı, saf halda məlum olduğu kimi plastik və yumşaqdır.Buna görə də, təbiidir ki, onların bu halda tətbiq dairəsi məhduddur.Lakin bu nəcib materialların müvafiq surətdə bir-biri ilə, habelə mislə xəlitələrinin mexaniki təsirlərə və korreziyaya qarşı davamlılığı, bərkliyi və s. xassələri ilə fərqlənir.Odur ki, xüsusi məqsədlər üçün qızılın mislə, gümüşlə, habelə qızılla əmələ gətirdiyi müxtəlif ərintilərdən hazırlananmış məmulatlarda istifadə olunur.
Misin qızıl və gümüşlə xəlitələri hazırda bir sıra bəzək məmulatı, cihazlar və başqa qiymətli məhsulların istehsalı üçün əvəzedilməz xammaldır.Bu üç metalın xəlitəsinin alınması xassələri və tətbiqi haqqında Nizamı dövründə də məlum imiş. Qızıl məmulatların xalis olmaması şairin “Sirlər xəzinəsi” poemasındakı bir beytdən aydın görmək olar:

Bədənin gəlmişsə də vücuda ətlə qandan,
Qorxma, bütün qızıllar xalis deyil heç zaman.

Qızılın mühüm xassələrindən biri onun civədə həll olmasıdır.Əmələ gələn qarışığa kimyada amalqama deyilir.Tarixi məlumatlara görə hələ e.ə 6-cı əsrdən başlayaraq insanlar qızıl, habelə gümüşü hasil etmək üçün onların filizlərindən amalqama şəklində çıxarmaq üçün istifadə edirmişlər.”Xəmsə” ni oxuyarkən məlum olur ki, qızılın civə də həll olunması faktı Nizamiyə də məlum olmuşdur.Bu cəhətdən “İqbalnamə” də bir şeir parçası maraqlıdır.

Qızıl toz halına gələrsə əgər,
Civə ilə onları cəm edər zərgər.
Dağınıq qızılı mahir sənətkar,
Madam ki, civə ilə bir yerdə yığar.
Bizim də əzamız dağılsa bir gün,
Onda can vermək, mümkündür mümkün.

Qızıl bir neçə metallarla ərintilər əmələ gətirir.Lakin onun gümüşlə ərintisini qədim zamanlardan daha yüksək qiymətləndirilir. Şairin “Xosrov və Şirin” poemasında bənzətmə məqsədi ilə verdiyi aşağıdakı misralar bu cəhətdən oxucuda aydın təsir yarada bilir.

Qızıla mis qatsan nə faydası?
Qızılı gümüşlə əritmək olar.

Bədii yaradıcılıqda sözün əhəmiyyətini bəhs edən şair “Leyli və Məcnun” poemasındakı şeirində saf qızılı məcazi mənada söz sərraflarının meyarı hesab edir.

Sözün sərrafıyam sən ki, bilirsən,.
Təzəni köhnədən tez seçənəm mən.
Qüdrətin böyükdür ona-on yarat.
Onda-beş verməyi birdəfəlik at.

Burada “ona-on” saf qızıl (100%), “onda-beş” isə qarışıq (50%) qızıl mənasındadır.Yəni şairin fikrincə gərək yazdıqların saf qızıl kimi bakir və qiymətli olsun, zəif misralar yazmasın.
Nizami Makedoniyalı İsgəndərə həsr etdiyi məşhur “İsgəndərnamə” poemasında bərklik və möhkəmlik rəmzi olan dəmirə daha çox poetik rənglər verilmişdi.Çünki ilk dəfə olaraq dəmir işlətməklə güzgü qayırmağı məhz İsgəndər kəşf etmişdir.Doğrudur, İsgəndərə qədər dəfələrlə güzgü qayırmaq üçün təşəbbüs göstərsə də, bu müvəffəqiyyətlə nəticələnməmişdir.Lakin İsgəndər demir lövhəni cilalamaqla, əksi bütöv halda gösteren güzgü qayira bilmişdir.
“İqbalnamə”də İsgəndərin güzgü qayırması bəhsində bu hadisə poetik surətdə belə şərh edilir:

Keçmişdə güzgüdən yox idi əsər,
Güzgünü yaratdı böyük İsgəndər.

İndi də Nizaminin dəmir və poladla əlaqədar digər poetik bənzətmələrindən bəzi nümunələrlə tanış olaq.“Şərəfnamə” də oxuyuruq:

Ürəyim almazdır, vücudum dəmir,
Bu almaz, bu dəmir mənim üçün nədir?
Güzgüdə xam gümüş kimi parladı,
Başında poladdan dəbilqə vardı.

Həmin əsərdə “Daranın sərkərdələrinə məsləhəti” bəhsində Nizaminin dəmirin sirkədə xarab olduğunu, pas atdığını, müasir dildə desək, onun kimyəvi xassələrini yaxşı bildiyini göstərən aşağıdakı beytlə tanış ola bilərik:

Öylə iş görmə ki, sənə ki
Dəmirə tez təsir etsin “sügahin”

Qədim kimya ədəbiyyatına göre, “səgahən” sirkə ilə dəmirə asanlıqla təsir edir, və onun səthini yeyir.İsgəndər dövründə dəmirdən hazırlanmış silahların pasını təmizləmək üçün məhz həmin maddədən istifadə edildiyi güman oluna bilər. Nizami dəmirin müvafiq minerallardan alındığını bilərək, bunu poetik şəkildə belə ifadə edir:

Əlinə keçirir daş qumdan açar,
Daş, qumdan çox zaman dəmir də çıxar.

Dəmirin xassələrini yaxşı bilən Nizami onlardan poetik bənzətmə üçün “İqbalnamə” poemasında bacarıqla istifadə etmişdir.

Bu cəhəti də qeyd edək ki, bəzən civə ilə işləyənlər gəzdirdikləri qızıl məmulatların xarab olmasından şikayətlənirdilər.Əlbəttə, burada heç sirli bir şey yoxdur. Civə qızılla asanlıqla birləşib amalqama əmələ gətirdiyindən qızılın səthi tutqunlaşır. Kimyadan məlumatı olmayanlar belə halda qızılın qəlp çıxması haqqında gileylənirlər. Lakin üzəri civə ilə örtülmüş qızıl məmulatları yun və ya mahud parça ilə suürtüldükdə civə amalqaması onun səthindən gedir və qızılın əvvəlki parlaqlığı bərpa olunurdu. Nizami məşhur “Sirlər xəzinəsi” poemasında zərgərlik haqqında maraqlı fikir söyləyərək öz qəhrəmanına xitabla “şir kimi olmağı” , çətinliklərdən “qorxmamağı” əgər qəlp ilə qızıl və yaqut kimi cəhənnəmin odu ilə “yanaraq” haldan hala düşüb, “nalə etməməyi” lazım bilir. Bu cəhətdən poemanın “zirəklik haqqında” başlığı altında verilmiş şeir parçasından götürülmüş aşağıdakı misralar maraqlıdır:

Şir kimi ol, bir mətbəx pişiyindən qorxma sən,
Cəhənnəm odundan qorxma təki ol mükəmməl.
Razısan əgər, qoy salsın bu səni haldan hala,
Qızıl və yaqut kimi sən ondan eylə nalə.

Nizami “Leyli və Məcnun” poemasında kimyagər rolunu və gələcək fəaliyyətini yüksək qiymətləndirərək ona “nəfəsi ilə yeri qızıla döndərən səhərin böyük iksiri” kimi baxırdı.

Səhərin carçısı səslənən zaman,
Şəfəq bayrağını qaldırdı dağdan.

Biz burada yalnız ilk təşəbbüs kimi Nizami poemalarındakı kimya motivlərinin bəziləri haqqında qısaca söhbət açdıq.

Qeyd etməliyik ki, Nizami poemasında civə, kükürd, sürmə, gümüş, qalay, almaz və s. kimyəvi maddələrdən də bədii vasitə, bənzətmə kimi geniş istifadə olunmuşdur.Məqalənin həcmi imkan vermədiyi üçün bu barədə bəhs edə bilmədik.
Lakin böyük fərəh hissi ilə deməliyik ki, Nizami yaradıcılığı təbiətşünaslar və kimyaçılar, habelə kimya tarixi ilə məşğul olan mütəxəssislər üçün orta əsrlərdə Azərbaycanın metallurgiyasını, tətbiqi və təbabət kimyasını öyrənmək baxımından da zəngin mənbədir.

Rəcəbova Röya,

Bakı şəhəri, Xəzər rayonu, A.S Makarenko adına humanitar fənlər təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi