ABŞ səfiri Azərbaycan və Ermənistan liderlərinin görüş xəbərinə münasibət bildirib

22 Noyabr 2021 16:43 (UTC+04:00)

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.

VIII Qlobal Bakı Forumu çərçivəsində “Gənclik danışır, biz dinləyirik” adlı panel keçirilib - FOTO
Türkiyə Prezidenti: “Qarabağ və Şuşada “turizm partlayışı” baş verəcək”
Moskvada Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb
“Biz ABŞ olaraq ötən il münaqişə başlayandan bəri çox çalışırdıq ki, tərəflərin birbaşa təması üçün imkan yaransın. Bu yaxşı nəticələr verə bilər. Keçmişə nəzər salsaq görərik ki, tərəflərin, xüsusilə də liderlərin birbaşa təması əhəmiyyətli nəticələr verib. Bu görüşün nəticələrinin necə olacağını bilmirəm, ancaq çox ümidliyəm ki, etimadın yaradılması və inkişafa doğru və münasibətlərin normallaşması üçün əlaqələrin yaradılması istiqamətində əhəmiyyətli addımdır, - səfir deyib.

O, tərəflərin Müdafiə Nazirlikləri arasında birbaşa kontaktın yaradılmasını hər zaman dəstəklədiklərini vurğulayıb: “Bu insidentlərin yaranması və itkilərdən qaçmaq üçün çox vacibdir. Biz Müdafiə Nazirlikləri arasında birbaşa kontaktın yaradılması barədə razılığı alqışlayırıq. Təkcə kontaktın yaradılması vacib deyil, həm də onun imkanlarından istifadə önəmlidir. Biz səbirsizliklə gözləyirik ki, tərəflər bu imkandan yararlanacaq”. (APA)