MN Ermənistan mediasının yaydığı məlumatı təkzib edib

22 Noyabr 2021 19:55 (UTC+04:00)

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir", - deyə MN-in məlumatınad qeyd olunur.