"Azərişıq" ASC-nin əməkdaşı Laçında minaya düşüb - VİDEO

22 Noyabr 2021 22:03 (UTC+04:00)

"Azərişıq" ASC-nin əməkdaşı ötən gün Laçında minaya düşüb.

Aznews.az xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.