Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüş tarixi açıqlandı

23 Noyabr 2021 16:27 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək.

AzNews.az xəbər verir ki, məlumatı rəsmi Kreml yayıb.

Bildirilib ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.