Ali Baş Komandan Kərim Vəliyevə general-polkovnik rütbəsi verdi

23 Noyabr 2021 16:40 (UTC+04:00)

General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.