Şəkidə avtomobil aşıb

23 Noyabr 2021 17:19 (UTC+04:00)

Şəki rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)