“1033” gecə klubunun rəhbəri həbs edilib - VİDEO

23 Noyabr 2021 18:18 (UTC+04:00)

Paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar olunub.

Aznews.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı gecə klubuna gələn şəxslərin “Covid” pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub. Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhklum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar.