İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

24 Noyabr 2021 12:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.