Türkiyə lirəsinin məzənnəsi sabitləşib

25 Noyabr 2021 20:15 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16.30 radələrində Türkiyə valyutasının ABŞ dollarına nisbətdə məzənnəsi 11,93 səviyyəsində ticarət olunub.

Xatırladaq ki, lirə son 1 il əzində təxminən 40% dəyər itirib. Son günlərdə məzənnə ABŞ dollarına nisbətdə 11,37-dən 13,21-ə düşərək yeni antirekorda imza atıb. Bu, son 20 ilin ən kəskin qiymət enişidir. Buna səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 16 %-dən 15 %-ə endirməsi olub.