Soçi görüşünə kim hansı strateji kartlarla getdi...

26 Noyabr 2021 19:34 (UTC+04:00)
Soçi görüşünə kim hansı strateji kartlarla getdi...
1 Siyasi-diplomatik və hərbi-siyasi manevr imkanları yox dərəcəsində olan kaputiliyasiyaya imza atmış bir ölkənin baş naziri kimi Paşinyanın 9-10 noyabr tarixində təklif olunan görüşdən imtina etməsi onun danışıqlar masasımda əlini daha da zəiflədib .Rus diplomatiyası ənənэvi klassik diplomatiyadır və belə məsələlərə olduqca həssasdır .Nəzərə almaq lazımdır ki , 16 noyabr sərhəd təxribatından sonra Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılıq verməyə məcbur oldu . Bu artıq özlüyündə onun mövqeyinin zəifləməsi kimi qəbul edilə bilər .Rusiya Federasiyası Prezidenti Vladimir Putinin bu məsələyə münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki , rəsmi Moskvanın regiona digər xarici dövlətlərin ya da beynəlxalq təşkilatların cəlb edilməsinə münasibəti birmənalı və qətidir.Rusiya Cənubi Qafqazda kənar aktorlar istəmir .Paşinyan isə ciddi şəkildə buna cəhd edir .Ona görə də Putinin mövqeyi aydındır və o , kommunikasiyaların açılmasını istəyir.
2. Mockva hazırda kollektiv Qərb tərəfindən güncə sıxışdırılmağa çalışılır .Belə vəziyyətdə Qərbin hər hansı formada postsovet məkanına müdaxiləsini özünün təhlükəsizliyinə təhdid hesab edir .Hələ Şərqin qapısı hesab edilən Cənubi Qafqaz kimi bir regiona hər hansı formada Qərbin müdaxiləsini əsla qəbul etdmir .Rəsmi Moskvanın bu məsələdə nə qədər prinsipial olduğunu biz hələ Gürcüstan hadisələrindən xatırlayırıq. Elə Ukrayna hadisələri də bu mənada bir nümunədir .Ona görə də Moskavnın İrəvana Qərb yaxınlaşması kontekstində münasibəti bəllidir və bu Gürcüstan və Ukaryna nümunəsindən fərqli olmayacaq .
3. Heç şübhəsiz ki , Dəmir yumruq yerindədir və hər an təkrarlana bilər . Rəsmi Bakı bu qətiyyəti və cəsarəti artıq dəfələrlə nümayiş etdirib və bunu hamı bilir .Ona görə də Paşinyan Soçi görüşündən əvvəl Zəngəzur sakinləri ilə görüşən zaman onlara bildirb ki , Bakı Zəngəzur dəhlizini almaqda qərarlıdır və mövqeyi belədir ki , istənilən yolla bunu əldə edəcək .Əslində bu fikir Paşinyanın dəhlizə razılıq verməkdən başqa çarəsinin olmadığını etiraf etməsi kimi də qiymətləndirilə bilər .
4.Paşinyanın bir daha təxribata əl atması özünüintihara bərabər ola bilər .O özü də dərk edir ki , hər təxribatdan sonra mövqeyini bir qədər daha çoz itirir.Bu isə radikalları və onun rəqiblərininəlini gücləndirir .Məsələ ondadır ki , belə təxribatlardan sonra Paşinyan təkcə ölkə daxilində deyil ,sərhəd və digər xarici stiuasiyalarda da itkilərə məruz qalır .Ona görə də Paşinyan artıq bunun fərqindədir və növbəti səhfin ona çox baha başa gələ biləcəyini hətta siyasi karyerasının sonu ola biləcəyini bilir .Bu isə əlbətdə siyasi karyeranın bitməsindən daha çox şey ifadə edir .Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla böyük sülh sazişini imzalamağa və Zəngəzur dəhlizini açmağa razı olmasıdır.
Hikmet Babaoglu