Avstraliyada "omikron" ştamına yoluxma qeydə alınıb

28 Noyabr 2021 15:53 (UTC+04:00)

Avstraliyada koronavirusun "omikron" ştamına iki yoluxma faktı qeydə alınıb. Bu barədə "The Guardian" məlumat yayıb.

Belə ki, yeni ştam Afrikadan gələn iki vətəndaşda aşkarlanıb.

Xəstəliyə yoluxanların hər ikisinin COVID-19-a qarşı peyvənd olunduğu məlum olub. Onlar hazırda tibb müəssisəsində təcrid vəziyyətdədirlər.

ÜST tərəfindən "omikron" ştamı əvvəlcə Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislər hesab edirlər ki, o, digər ştamlarla müqayisədə daha sürətli yayılır və tərkibində çoxlu sayda mutasiya var.

Aznews.az