Daha 1 662 yoluxma aşkarlanıb, 18 nəfər vəfat edib

28 Noyabr 2021 16:50 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib. 26 252 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, bu günə qədər isə ümumilikdə 5 521 070 test icra olunub.