Borcunu ödəyə bilməyən ata ailə üzvlərini boğdu

25 İyun 2013 20:54 (UTC+04:00)
Türkiyənin Konya şəhərində borclarını ödəyə bilməyən ata arvadını və qızını öldürdükdən sonra intihar edib.

Türkiyə mətbuatının məlumatına görə, Əhməd Aydın adlə şəxs sürücü olub. 1 ay əvvəl yük maşını ilə qəzaya uğrayıb. Bu hadisə ilə əlaqədar şətin vəziyyətə düşən və borclarını ödəyə bilməyən atanın psixologiyası pozulub.

Bu gün səhər 2 oğlu işə getdikdən sonra arvadını və qızını iplə boğan Əhməd Aydın daha sonra damarlarını kəsərək intihar edib.

Elnarə
AzNews.az