Vətən müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya gedib

29 Noyabr 2021 18:09 (UTC+04:00)

Vətən müharibəsi dövründə pensiyasını orduya bağışlayan Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.

Aznews.az xəbər verir ki, o, 70 yaşını Azərbaycanın qədim mədəniyyət paytaxtında qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Hikmət baba kimi məşhurlaşan Hikmət Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. O, Vətən müharibəsi dövründə bir aylıq pensiyasını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi. H.Musayevin bu davranışı cəmiyyətdə rəğbətlə qarşılanmışdı.