“Ölkəmizdə də insanlar pandemiya ilə mübarizəyə daha həssas və məsuliyyətli yanaşır. Fikrimcə, qapanmalara ehtiyac yoxdur. Peyvəndlənmə sürətlə davam edir, artıq ölkədə 3-cü dozanın da tətbiqinə başlanılıb. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub. Artıq maska taxma, sosial məsafəni qoruma, kontaktsız alış-veriş, onlayın konfrans rejimində təmaslar gündəlik həyat tərzinə çevrilib.
Lakin bu cür yeni reallıq iqtisadiyyatın bir çox sahələrinə təsir göstərməkdədir. Bundan əvvəl Britaniya ştamı aşkarlansa da, qapanmalara gedilmədi. Bu da bir daha təsdiq etdi ki, sərt karantinə gedilmədən də pandemiya ilə mübarizə aparmaq mümkündür.
Əgər qapanmalara gedilsə iqtisadiyyata ciddi ziyan dəyə bilər”.