Bişirdiyi borşu bəyənməyən qonşusunu öldürdü

25 İyun 2013 21:42 (UTC+04:00)
Ukraynada borşa görə qətl hadisəsi baş verib.

Bağçasaray sakini bişirdiyi borşu bəyənməyən qonşusunu öldürüb.

Krım polisinin məlumatına görə, qətli törədən kişi qonşu qadının onun bişirdiyi borşla bağlı sözlərindən qəzəblənib. Qonşusunu qonaq dəvət edən kişi yeməkdə ona öz bişirdiyi borşu servis edib. Ancaq qadın borşun dadına baxaraq onu bəyənmədiyini söyləyib. Borşu unitaza tökən qadını bıçaqla qarnından yaralayan kişi daha sonra təcili yardım çağırsa da, artıq gec olub. Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Elnarə
AzNews.az