“Helikopter qəzası ilə bağlı şahidlər dindirilib, meyitlərin müayinəsi keçirilib”

30 Noyabr 2021 19:14 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin helikopter qəzası ilə bağlı hazırda intensiv zəruri istintaq hərəkətləri icra olunmaqdadır.

Aznews.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, şahidlərin dindirilməsi, meyitlərin xarici və daxili müayinəsi keçirilib: “Zəruri istintaq hərəkətləri davam etdiriləcək”.