Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək

30 Noyabr 2021 20:07 (UTC+04:00)

“Helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək”.

Aznews.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

DSX rəisi qeyd edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu verilir: "Qanunvericilik hərbi təlimlərdə həlak hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verməsini nəzərdə tutur".