Bakıda metrostansiya yaxınlığında yanğın başlayıb

1 Dekabr 2021 11:43 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.