Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib

1 Dekabr 2021 13:11 (UTC+04:00)

Nazir başsağlığı sözlərini tviter hesabında yazıb.

XİN başçısı bildirib ki, dost, qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb: “Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.